Bakı Ağır Cinayətlər Məhkəməsində Astara rayon sakini Bəxtiyar Məmmədovun CM-nin 29,120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Aktual.az xəbər verir ki, ötən il iyunun 6-da 3 saylı şəhər kliniki xəstəxanasına kəsilmiş-dəşilmiş yaralarla 43 yaşlı Aytəkin Qudrətova çatdırılıb. Həmin gün qadını bıçaqlayan əri Bəxtiyar Məmmədov Suraxanı RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb. Dindirmə zamanı, tutulan şəxs doğum gününü qeyd etmək üçün Astaraya getdiyini, geri döndüküdə isə həyat yoldaşının ona qarşı davranışlarının dəyişdiyini bildirib. Buna görə o qəzəblənib və bıçağa əl atıb : "Qapını döydüm, bir az gec açdı. Dedi ki, niyə gəlmisən. Həm də uşağı öpmədi, oturdum düşündüm. Soyuq münasibət göstərdiyinə görə, sözümüz çəp gəldi. Mən də bıçağı götürüb, onu vurdum".
Araşdırma zamanı məlum olub ki, Bəxtiyar Məmmədov əvvəllər narkotik vasitələrin istifadəsinə görə məhlum edilib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Xəbər 579 dəfə oxunub.