Soyuq havanın təsiri nəticəsində həm dəri nəm balansını itirir, həm qabıq verir, həm qızarır, həm də təravətini itirməyə başlayır. İstilik sistemlərinin qızdırdığı evdən və ya ofisdən qəfil soyuq havaya çıxmaq dərinin qurumasına yol açır. Çoxları çıxış yolunu vazelində görür. Lakin mütəxəssislər üz dərisinə vazelin sürtməyi məsləhət görmür.
Publika.az oxucuları xüsusilə qış mövsümündə dəriyə xeyirdən çox zərəri verən məqamlarla tanış edib.
Aşağı temperatur dərinin piy maddəsini azaldır, bu da əllərin və üzün həssaslaşmasına səbəb olur. Bu dövrdə dəri tipinə uyğun kremlər istifadə etmədikdə dəri məsamələrinin genişlənməsinə mane ola bilməyəcəksiniz. Nəticədə dəridə qara nöqtələr çoxalacaq. Məsamələri kiçiltməksə ümumiyyətlə çox çətin işdir.
Sızanaqlara pilinq tətbiq etmək
Sızanaq və qara nöqtələri pilinqlə yox edəcəyinizi düşünürsünüzsə, yanılırsınız. Əksinə, pilinq həssaslaşmış dəriyə daha mənfi təsir göstərəcək, hətta iltihablanmasına səbəb olacaq. Sızanaq yaranmasının qarşısını almaq üçün iltihab önləyici və sızanaqları qurudan məhsullar alıb problemli hissələrə sürtün. Əlbəttə ki, dəri təmizliyinə diqqət etməyi unutmayın.
Həddən artıq baxım
Çoxları üz kreminin soyuqlarda təsirli və qoruyucu vasitə olmadığı düşüncəsi ilə onlardan istifadə etmir. Halbuki, dəri nəmləndirici kremlərə qışda daha çox ehtiyac duyur. Bununla belə dəriyə hədəndən artıq qulluq etmək də zərərli vərdişdir. Dəriyə bir neçə müxtəlif nəməndirici krem çəkməklə məsamələrin tamamilə tıxanmasına, dolayısı ilə dəri xəstəliklərinə yol açır. Eləcə də yeni-yeni baxım məhsulları sınaqdan keçirmək üçün qış mövsümü əlverişli deyil. Həmin məhsullara qarşı allergiyanız oub-olmadığından dəqiq əmin olmalısınız. Odur ki, qış aylarında mütəmadi olaraq istifadə etdiyiniz məhsullar alın.
Günəşin mənfi şüalarından qoruyan SPF tərkibli kremlər
Günəş şüaları qış aylarında dəriyə daha mənfi təsir göstərir. Odur ki, qarlı və şaxtalı havalarda dağ-xizək kurotlrına üz tutanda özünüzlə mütləq SPF tərkibli nəmləndirici kremlər aparın. Çünki dəri ani temperatur dəyişikliklərinə və UV (ultrabənövşəyi) şüalarına məruz qaldığı üçün hər zamankından daha həssas olacaq. Mütəxəssislər soyuq qış günlərində ən az 15 dərəcəli qoruyucu faktoru olan məhsullar istifadə etmək lazım olduğunun vurğulayır.
Göz kənarlarına diqqət
Qış aylarında göz ətrafına xüsusi diqqət göstərmək lazımdır. Çünki bu hissədəki dəri olduqca nazik olur. Dəyişkən qış havası gözlərin asanlıqla yaşarmasına, daha sonra göz kənarlarında qurumasına və dərinin çatlamasına səbəb olur. Nəticə etibarı ilə bu hissənin ayrıca göz məhsullarına ehtiyacı var. Dəri qurudan gel məhsullardanda uzaq durmaq, C vitamin və jojoba yağı ehtiva edən məhsullar istifadə etmək daha məqsədəuyğun olardı.
Aktual.az
Xəbər 1006 dəfə oxunub.