Soyuducuda 5 növ ərzağı saxlamaq olmaz

Soyuducuda 5 növ ərzağı saxlamaq olmaz

Soyuducuda aşağı temperatur ərzaq məhsullarında bakteriyaların inkişafı və artmasının qarşısını alır.

Lakin, hər cür qidaları da soyuducuda saxlamaq düzgün deyil. Bir sıra ərzaqlar üçün soyuducuda yer yoxdur. Məsələn, konservlər və dəmir bankalarda açıq şəkildə olan ərzaqlar. Çünki, dəmirdən hazırlanmış qablardakı aliminium ionları ərzağın tərkibinə nüfuz etməklə sonradan orqanizmə daxil olur. Ona görə də, yeyilməmiş ərzaq konserv şüşə və plastik qabda soyuducuya qoyulmalıdır. Hətta, şüşə qabda soyuducuya qoyulmuş bu ərzağı da uzun müddət saxlamaq olmaz.

Meyvə və tərəvəzlər.

Alma, balqabaq, badımcan, qovun, xiyar, soğan, sarımsaq və digər meyvə-tərəvəz soyuducuda aşağı temperaturun təsiri ilə tezliklə xarab ola bilər. Ən yaxşı halda otaq temperaturunda nəmişlikdən və günəş şüalarından qorunmaqla saxlanılmalıdır.

Süd

Təbii ki, butulkada olan açılmamış süd soyuducuda saxlanılmalıdır. Əgər, o açılıbsa, yəqin ki hansısa mikrobla təması olub. Bu cür südü bir neçə gündən sonra soyuducudan götürüb, içmək təhlükəlidir. Ona görə də, açıq südü soyuducuda saxlamaq məsləhər deyil.

Çörək

Çörəyi soyuducuda saxlamaq mənasızdır. Başqa qoxuları özünə çəkməsin deyə, çörəyi yaxşı paketləşdirib soyuducunun buzxanasına qoymaq mümkündür.

Dərmanlar

Əgər, bu dərmanların təlimatında yazılıbsa, onları soyuducuya qoymaq olar. Əgər, təlimatda quru, sərin yerdə saxlamaq sözü varsa, onu hökmən şkafda saxlamaq gərəkdir.

Aktual.az

Xəbər 2162 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR