Moskvada Rusiya və Azərbaycan müdafiə nazirləri arasında görüş keçirilib.
Aktual.az-ın APA-ya istinadən məlumatına görə, görüşdə Rusiya müdafiə naziri Sergey Şoyqu iki ölkə arasında hərbi-texniki sahədəki əməkdaşlığın strateji xarakter daşıdığını vurğulayıb.
Azərbaycanlı həmkarı ilə görüşdən razı olduğunu bildirən S.Şoyqu qeyd edib ki, iki ölkə arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlıq yüksək səviyyədədir.
Z.Həsənov da Rusiya və Azərbaycan arasında hərbi sahədə əməkdaşlığı yüksək qiymətləndirib.
Azərbaycan müdafiə naziri Sergey Şoyqunu ölkəmizə səfərə dəvət edib.