"Sovetski"də 3478 ev sökülüb


“Bakının "Sovetski" adlandırılan məhəlləsində layihəyə əsasən 3750 ev sökülməlidir”.

Aktual.az xəbər verir ki, bunu ANS telekanalına açıqlamasında Baş nazirin müavini Abid Şərifov bildirib.

Onun sözlərinə görə, 3478 evin vəsaiti artıq ödənilib və sökülüb: "Sökülən, lakin dəyəri ödənilməyən obyektlərin sayı 15-dir. Bu, sənədləşmə problemi ilə əlaqədardır. Kompensasiyası ödənilməli və sökülməli olan təqribən 250 obyekt qalır".

A.Şərifov, həmçinin tarixi abidələrin sökülməsinə dair məsələyə aydınlıq gətirib: "Azərbaycanda qəbul olunmuş qaydalara uyğun olaraq, bu abidələr rəyə əsasən siyahıdan çıxarılıb. Yalnız Nazirlər Kabinetinin qərarında bir obyekt ev kimi gedirdi. Bu, qədim hamamdır və artıq siyahıdan çıxarılıb".

Xəbər 312 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR