Qərblə nüvə razılığına gələndən sonra beynəlxalq sanksiyalardan xilas olan İranda sosial şəbəkələrlə bağlı qadağalarda da dəyişiklik edilib.
Aktual.az axar.az-a istinadən bildirir ki, bəzi istifadəçilər sosial şəbəkələrə qoyulan qadağanın aradan götürüldüyünü bildiriblər.
İranlı jurnalist Alborz Həbibi Tvitter-dən mesaj yazaraq sosial şəbəkələr üzərindən senzurasız ilk tvitini atdığını qeyd edib:
"Sanksiyasız İrandan atdığım ilk tvitdir. Eyni zamanda, ilk dəfə VPN istifadə edən senzuraya uğramadan tvit atıram".