Sosial şəbəkələrdən gələn əsas təhlükə açıqlandı

Sosial şəbəkələrdən gələn əsas təhlükə açıqlandı

Sosial şəbəkələrdə özünəə xas olmayan xüsusiyyətlər nümayiş etdirməyə çalışan insanlar stress keçirir və təcrid olunmuş həyat tərzi sürürlər.

Aktual.az  ICTnews-a istinadən xəbər verir ki, "Facebook" sosial şəbəkəsində araşdırma aparmış Tasmaniya Universitetinin alimləri belə qərara gəlib.

Alimlərin sözlərinə görə, onların məqsədi sosial şəbəkədə öz eqosundan istifadə zamanı yaranan vəziyyəti qiymətləndirmək olub. Onlar istifadəçilərin həqiqi və virtual şəxsiyyətlərini, sosial bağlılıq dərəcəsini, həyəcan, stress və depressiya səviyyəsini müqayisə ediblər. Araşdırmada 164 nəfər iştirak edib.

Hazırda planet əhalisinin sayı 7.4 milyard nəfər, "Facebook"un aktiv istifadəçilərinin sayı isə təxminən 1,7 milyard nəfərdir. Alimlər belə hesab edirlər ki, əgər sosial-psixoloji problemləri olan insanlara özlərini həm real həyatda, həm də "Facebook"da eyni cür aparmağa imkan verən metod hazırlanarsa, bu, stressin səviyyəsini azaltmış olar.

Xəbər 563 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR