Çin hökuməti saytlarda və sosial şəbəkələrdə xəbərlərin yayılmasına nəzarəti gücləndirir.
Aktual.az report-a istinadən bildirir ki, bu barədə müvafiq qətnamə Çinin internet-informasiya üzrə Dövlət Dəftərxanası tərəfindən dərc edilib. Dövlət qurumu saytlardan doğru, hərətərfli, obyektiv və qərəzsiz xəbər yaymalarını tələb edir. Artıq Çində şayiə tipli məlumatları işıqlandırmaq və ya fərziyyələrə və təxəyyülə əsaslanaraq faktları təhrif etmək qəti qadağandır.
Həmçinin bundan sonra sosial şəbəkələrdən əldə edilmiş məlumatın dəqiqləşdirilmədən dərc edilməsinə qadağa qoyulub.