SOCAR "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın zamanı həlak olanların xilasedici jiletsiz olması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirib.
"APA-Economics"in xəbərinə görə, SOCAR-ın "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov bildirib ki, bu görüntülər həqiqəti əks etdirmir: "Xilasedicilər tərəfindən tapılan meyitlərin real görüntüləri bizdə var. Ancaq biz bu şəkilləri ictimailəşdirərək rəhmətə gedən insanların ailələrinə hörmətsizlik etmiş olarıq. Bu insanların əynində jilet olub".