Finlandiyada "Plastiksiz mart” aksiyasına start verilib. Bu ideyanın müəllifləri ölkənin hər bir sakininin hər gün ətraf mühitə atdığı zibilin miqdarına və plastik tullantıların ətraf mühitə düşməsi probleminə diqqəti cəlb etmək istəyirlər.
Dünyada hər gün 16 min plastik butulka istehsal olunur, lakin dünyanın yalnız bir neçə ölkəsində, o cümlədən Finlandiyada bu qablardan təkrar istifadə sistemi fəaliyyət göstərir. Plastik məmulatların 95 faizindən yalnız bir dəfə istifadə olunur. Bu məmulatların çox hissəsi sututarlara düşür, nəticədə hər il 1 milyona yaxın heyvan tələf olur. Dəniz quşlarının onda doqquz hissəsinin mədəsində plastik hissəciklər aşkar edilib.
Finlandiyada "Plastiksiz mart” aksiyası qəbilindən olan tədbirlər çoxdur. Bu aksiyanın təşkilatçıları insanları bir ay müddətində nədənsə imtina etməyə çağırırlar. Artıq neçə ildir ki, ilin birinci ayı "Alkoqolsuz yanvar” adlanır. 2013-cü ildən başlayaraq hər il "Ətsiz oktyabr” kampaniyası keçirilir(azərtac).
Xəbər 1311 dəfə oxunub.