Demokratik Azərbaycan Cumhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin ictimai fəaliyyəti ilə yanaşı Rəsulzadələr şəcərəsinin taleyi, kəşməkeşli həyat yolu da Azərbaycan tarixinin ayrılmaz hissəsidir.
Bu gün Azərbaycanda bir şəxsiyyət yaşayır; o, əməkdar rəssamdır, pedoqoqdur, həm də möhtəşəm şəcərinin kişi qolu üzrə sonuncu nümayəndəsidir. O, Rəsulzadə soyadına rəis olmaq şərəfinə məxsus sonuncu şəxs – Rəis Rəsulzadədir.
A24.Az və "Halal nemət, min bərəkət”in birgə istehsalı olan "Sonuncu Rəsulzadə” filmində Rəis Rəsulzadənin həyatı üzərindən nakam Rəsulzadələr nəslinin sürgündə və əzab-əziyyət içində yaşadığı günlərə nəzər salınıb.
Sərdar Aminin rejissoru olduğu sənədli filmdə Rəis Rəsulzadənin nənəsi, atası, haqqında xatirələri, sürgündə keçirdiyi günlər, Qazaxıstandan Azərbaycana dönüşü və bu günkü fəaliyyəti əks olunub.
Filmin ictimaiyyətə təqdimatı yanvarın 31-də, Məhəmməd Əmin Rəsulzadənin doğum günündə planlaşdırılır.