İran rəhbərliyinin ölkədən dəlicəsinə pul çıxardığının şahidi olduq. Siçovullar gəmini tərk edir. Bu, onların sonun yaxın ola biləcəyini bildiklərinin yaxşı bir əlamətidir.
Aktual.az xəbər verir ki, bunu ABŞ maliyyə naziri Skott Bessent deyib.
"Ölkədə dollar qıtlığı yaratdıq. Tez bir zamanda nəticəyə gəldik. Deyərdim ki, kuliminasiya nöqtəsi dekabr ayında, İranın ən böyük banklarından birinin bank böhranı nəticəsində müflis olduğu vaxt idi. Mərkəzi bank pul çap etməli oldu.
İran valyutası sərbəst şəkildə ucuzlaşdı, inflyasiya partladı və nəticədə İran xalqının küçələrə çıxdığını gördük”, - o bildirib.
Xəbər 69 dəfə oxunub.