Son uçuş: Əfsanəvi “Beluqa” erası bitdi

Son uçuş: Əfsanəvi “Beluqa” erası bitdi
  • DÜNYA

Beş ədəd "Airbus A300-600ST Beluqa” nəqliyyat təyyarəsindən beşincisi Şimali Uelsin Broton şəhərindəki "Airbus” zavoduna son uçuşunu etdikdən sonra istismardan çıxarılıb.
Aktual.az xəbər verir ki, bu barədə "Planet Tudey” məlumat yayıb.
Məlumata görə, "Beluqa” məşhur "Airbus A300” sərnişin təyyarəsinin bazasında istehsal olunub və "Aero Spacelines Super Guppy” nəqliyyat təyyarəsinin köhnəlmiş donanmasını əvəz edib:
"Sələfi ilə müqayisədə "Beluqa” xeyli böyük idi və dörd mühərrikli A340 üçün qanad hissələri də daxil olmaqla, istənilən "Airbus” təyyarəsinin komponentlərini daşımaq üçün nəzərdə tutulmuşdu. ”Beluqa” yük daşıma çəkisinə görə "An-124” nəqliyyat təyyarəsindən geri qalsa da, əsas üstünlüyü yük bölməsinin həcmi idi. Təyyarənin qarın formasında olan gövdə 37,7 metr uzunluğunda və 7,4 metr diametrindədir. Bu da təyyarəni həqiqətən unikal edir”.
Xəbər 76 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR