Сon Kirbi: Prezidentlər vəziyyətin pisləşdiyini etiraf ediblər

Сon Kirbi: Prezidentlər vəziyyətin pisləşdiyini etiraf ediblər
  • DÜNYA

Sammit iki ölkə liderlərinə mövqelərini aydınlaşdırmaq imkanı verdi.

ABŞ Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə “istiqamətlənib”.

Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi dövlət departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.

Ondan şənbə günü İsveçrədə baş tutan Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan görüşünü şərh etməyi xahiş ediblər.

Kirbi vurğulayıb ki, bu sammit iki ölkə liderlərinə bir il ərzində üz-üzə görüşmək və mövqelərini aydınlaşdırmaq imkanı verdi.

Onun sözlərinə görə, prezidentlər vəziyyətin pisləşdiyini etiraf ediblər.

Kirbi “dinc əhali arasında qurbanların sayının azalmasına yönəlmiş tədbirlərin” Vaşinqton tərəfindən dəstəkləndiyini qeyd edib.

Onun sözlərinə görə, amerikalı heyət ATƏT-in Minsk qrupunda rus və fransız həmkarları ilə bütün bu tədbirlərin müzakirəsini davam etdirirlər.

Dövlət departamentinin nümayəndəsi xüsusilə insanların çiyin-çiyinə yaşadığı və bundan sonra da bir-birinə etimad etməli olduqları Dağlıq Qarabağ icmalarında xalq diplomatiyasının vacibliyini vurğulayıb.

Xəbər 299 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR