Son həftədə daha 14 terrorçu zərərsizləşdirildi

Son həftədə daha 14 terrorçu zərərsizləşdirildi

Son bir həftədə İraqın şimalında və Suriyada həyata keçirilən əməliyyatlar çərçivəsində 14 terrorçu zərərsizləşdirilib.
Aktual.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk məlumat yayıb.
Məlumatda deyilir ki, terror təşkilatlarına qarşı fasiləsiz və uğurla həyata keçirilən əməliyyatlarda Suriyanın şimalında və İraqda son bir həftədə 14, yanvarın 1-dən bu günə qədər isə ümumilikdə 537 terrorçu zərərsizləşdirilib.
Həmçinin, son bir 3 PKK terrorçusu təslim olub.
Bundan əlavə, Türkiyə ordusu İraqın Şimalında "Pəncə- kilid” əməliyyat bölgəsində terror yuvalarını mühasirəyə alıb, terrorçulara aid xeyli silah-sursatı ələ keçirib.
Xəbər 266 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR