“Son günlər cəbhədə gedən döyüşlər zamanı erməni tərəfinin itkiləri 7 nəfərdən çoxdur”.

“Son günlər cəbhədə gedən döyüşlər zamanı erməni tərəfinin itkiləri 7 nəfərdən çoxdur”.

MN: Son günlər gedən döyüşlər zamanı erməni tərəfinin itkiləri 7 deyil, bundan dəfələrlə çoxdur

 “Son günlər cəbhədə gedən döyüşlər zamanı erməni tərəfinin itkiləri 7 nəfər deyil, bundan dəfələrlə çoxdur”.

 

Bunu APA-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

 

V.Dərgahlı bildirib ki, düşmən tərəfi adətən itkilərini tədricən açıqlayır, yəqin bu dəfə də belə olacaq. O, Ermənistan Ordusunda vərəm və digər xəstəliklərin yayılması barədə məlumatların da həqiqət olduğunu deyib: “Biz dəfələrlə bəyan etmişik ki, ermənilər həm döyüşlərdə, həm də müxtəlif xəstəlikər nəticəsində olan itkilərini ciddi-cəhdlə gizlədir”.

 

MN rəsmisi Ermənistanın hərbi-siyasi rəhbərliyinin xalqına yalan danışmaqla məşğul olduğunu vurğulayıb: “Ermənistan Ordusunda intizamsızlıq baş alıb gedir. Martın 22-də Azərbaycan əsgərlərinə təslim olan hərbçi Andranik Qriqoryan da məhz bu səbəblərdən döyüş mövqeyini atıb qaçdığını deyib”.


Qeyd edək ki, Ermənistan saytları son iki gündə cəbhə xəttində 7 hərbçi itirdikləri barədə məlumat yayıblar.


Xəbər 1044 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR