Son beş ildə Azərbaycanda doğulan oğlan uşaqlarına daha çox Yusif, qız uşaqlarına Zəhra adı verilib.
Aktual.az Report-a istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətindən bildirilib.
Son beş ildə doğulan 16 780, eləcə də 2015-ci ildə dünyaya gələn 3 555 oğlana Yusif adı verilib.
2015-ci ildə 3 512, son beş ildə isə 16 148 qıza Zəhra adı qoyulub.
Ötən il 2 474 qız uşağına, eləcə də son beş ildə 12 265 körpəyə Nuray adı verilib.
Keçən il doğulan qızlardan 2 303-nə, son beş ildə isə, 11 677-nə Fatimə adı qoyulub.
Ötən il doğulan körpələrdən 2 533-ü, son beş ildə doğulanlardan 11 547-si Hüseyn, ötən il 2 472-i, son beş ildə 11 382 oğlan Əli adını alıb.
Son beş ildə 7 783 qız uşağına (ötən il 1 773) Aylin, 7 665 qıza (ötən il 1 531) Ayan, 7 525 qıza (ötən il 1 746) Zeynəb, 7 315 (ötən il 1 672) oğlana Ömər, 7 248 oğlana isə Məhəmməd adı verilib.