Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 2017-ci ilin birinci rübündə istehsalatla əlaqəli 31 bədbəxt hadisə qeydiyyata alınıb.
Nazirlikdən verilən məlumata görə, onlardan 2 hadisə qrup halında baş verib. Qeyd olunan istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində 10 nəfər dünyasını dəyişib, 24 nəfər xəsarət alıb.
İstehsalat qəzalarının daha çox tikinti və nəqliyyat, emal sənayesi və mədənçıxarma sahələrində, həmçinin özəl sektora aid müəssisələrdə baş verib. İstehsalatla əlaqəli bədbəxt hadisələrin hər biri ilə əlaqədar qanunvericiliyin tələblərinə uyğun şəkildə təhqiqat işləri aparılıb və aidiyyəti üzrə tədbirlərin görülməsi təmin edilib.
Aktual.az
Xəbər 354 dəfə oxunub.