Naxçıvan Muxtar Respublikasında dünyaya gələn insanların doğulanda gözlənilən ömürü son 20 ildə 9 ildən çox uzanıb.
Aktual.az Muxtar Respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il Naxçıvanda doğulanlar arasında gözlənilən ömür uzunluğu 78,2 il olub. 1995-ci ildə bu rəqəm 69 il təşkil edib.
2015-ci ildə doğulanda kişilərdə gözlənilən ömür uzunluğu 76,2 il, qadınlarda 80,2 ildir.
1995-ci ildə doğulanda kişilərdə gözlənilən ömür uzunluğu 65,3 il, qadınlarda isə 72,5 il kimi qeydə alınıb.