Ötən il planetdə temperatur rekordu qırıldı və son 10 il Yer kürəsində meteoroloji müşahidələr tarixinin ən isti il oldu.
Aktual.az xəbər verir ki, bunu Rusiya Hidrometeorologiya Mərkəzinin elmi rəhbəri Roman Vilfand deyib.
"Son 10 il - 2015-2024-cü illər bütün müşahidə dövrlərinin ən isti illəri olub. 2024-cü il Yer kürəsində ən isti il oldu, orta illik temperatur 15,1 dərəcə olub və gündəlik rekord iyulun 22-də qeydə alınıb - planetdə orta temperatur 17,16 dərəcəyə çatıb.
Xəbər 73 dəfə oxunub.