Son 1 ildə vergi orqanlarına müraciətlərin sayı azalıb

Son 1 ildə vergi orqanlarına müraciətlərin sayı azalıb

2017-ci ilin yanvar ayı  ərzində vergi orqanlarına 7 145 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11% azdır.
 
Vergilər Nazirliyindən "APA-Economics”ə verilən məlumata görə, müraciətlərdən 97,6%-i ərizə, 2,2%-i şikayət, 0,2%-i təklifdir.
 
Müraciətlərin 45,9%-i müxtəlif arayışların alınması, 20,1 %-i kameral vergi yoxlamaları, 12,6%-i vergi borcları, 2,4% vergidən yayınma, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti, 1,4 %-i vergi qanunvericiliyinin tətbiqi, 1,3 %-i səyyar vergi yoxlamaları, 0,8 %-i işlə təmin olunma, 0,5 %-i qəbul, 0,3 %-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), qalanları isə digər məsələlərlə bağlı olub.
 
Bütün müraciətlərə vaxtında baxılıb, onların 70,4%-i müsbət həll olunub.
 
Hesabat dövründə vergi orqanlarında ümumilikdə 194 vətəndaş qəbul edilərək, onlara qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.
 
Aktual.az
Xəbər 585 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR