Son 1 ildə 22 min İŞİD-çi öldürülüb

Son 1 ildə 22 min İŞİD-çi öldürülüb
  • DÜNYA

Beynəlxalq ittifaqın İraq və Suriyada həyata keçirdiyi hərbi əməliyyatlar zamanı 22 min İŞİD üzvü öldürülüb.

Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bunu Fransa müdafiə naziri Jan-İv Le Drian deyib. Nazir bildirib ki, 2014-ci ildən bəri təxminən 22 min terrorçu məhv edilib: “Son günlərdə İŞİD-ə qarşı uğurlu əməliyyatlar həyata keçirilir. Bu da terror qruplaşmasının hiddətinə səbəb olub. Hazırda İŞİD çox həssas bir vəziyyətdədir. Amma yenə də diqqətli olmalıyıq”.

Qeyd edək ki, İraqda hökumət qüvvələri ilə İŞİD terror qruplaşması arasında qanlı döyüşlər 2014-cü ildən başlayıb. Döyüşlər zamanı İraqın bir çox şəhərləri terrorçular tərəfindən ələ keçirilib. İraq hökuməti İŞİD ilə mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.

Xəbər 336 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR