Bütün
ölkə əhalisini yüksək keyfiyyətli şəbəkə ilə təmin etməyi hədəfləyən "Nar”, abunəçilərini kəsintisiz və
sürətli internet təcrübəsi ilə təmin etməkdədir. Belə ki, mobil operatorun
təqdim etdiyi yüksək keyfiyyətli internet xidməti nəticəsində internet
trafikinin həcmi son 1 il ərzində 65% yüksəlib. Qeyd
edək ki, artıma bütün ölkə
ərazisində LTE/LTE-A texnologiyalı baza stansiyalarının
genişlənməsi, smartfon
penetrasiyasının artımı, eləcə də müştərilərin internetə olan ehtiyaclarını
qarşılamaq məqsədilə təqdim edilən məhsullar səbəb olub. Belə ki, son 1 il ərzində Bakı üzrə smartfon
istifadəçilərinin sayı 15%, regionlar üzrə isə 14% artıb.
"Nar”ın
abunəçilərini keyfiyyətli internetlə təmin etməsi
nəticəsində 4G istifadəçilərinin sayı 1 milyonu ötüb. Bununla da hər iki "Nar” abunəçisindən biri aktiv
4G istifadəçisidir. Hazırda 54 bölgə mərkəzini LTE texnologiyalı baza
stansiyası ilə təmin edən mobil operator ölkə ərazinin 76%-ni (işğal olunmuş
ərazilər istisna olmaqla), ölkə əhalisinin isə 93,2%-ni 4G/4.5G şəbəkəsi ilə əhatə edir.
"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21
mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda
telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə
çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin
çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq
3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin
istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal
olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası
ilə 2,3 milyondan çox abunəçiyə yüksək keyfiyyətli xidmət
göstərir.

Xəbər 328 dəfə oxunub.