Somalidə həlak olan azərbaycanlının cənazəsi sabah vətənə gətiriləcək

Somalidə həlak olan azərbaycanlının cənazəsi sabah vətənə gətiriləcək

Somalinin paytaxtı Moqadişo yaxınlığında mikroavtobusa edilən hücum nəticəsində dünyasını dəyişən Kamaliya İsmayılovanın cənazəsinin Azərbaycana gətirlməsi üçün hazırlıqlara başlanılıb.

Aktual.az report-a istinadən bildirir ki, bunu dünyasını dəyişən Kamaliya İsmayılovanın həyat yoldaşı Əflatun İsmayılovun dayısı Tofiq Mikayılov deyib. Onun sözlərinə görə, cənazənin Azərbaycana gətirilmasi üçün lazım olan sənədlər təqdim olunub: "Bu gün günorta saatlarında Əflatun İsmayılovnan danışdım. O da mənə dedi ki, cənazənin Azərbaycana gətirliməsi işləri ilə məşğuldur. Bunun üçün lazım olan bütün sənədlər təqdim olununb. Sabah cənazə ilə birlikdə Türkiyəyə gedəcəklər, oradan da Azərbaycana gələcəklər".

T.Mikayılov əlavə edib ki, Əflatun İsmayılov və onun ailəsi bir il idi ki, Somalidə yaşayırdılar. Hadisə Kamaliya uşaqları məktəbə aparan zaman baş verib.

Xəbər 451 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR