Şoltsun Putinə zəngi və qəbuledilməz tələbləri… - Nimayer

Şoltsun Putinə zəngi və qəbuledilməz tələbləri… - Nimayer
  • DÜNYA

Almaniya kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinə zəng edərək, Ukraynada münaqişənin sülh yolu ilə həlli üçün maraqlı olduğunu göstərmək istəyib. Lakin bu addım tənqidlə qarşılanıb. Şoltsun zəngi daha çox "təşəbbüs nümayiş etdirmək” məqsədi daşıyıb və real nəticə əldə etməyə yönəlməyib.
Aktual.az xəbər verir ki, bu fikirləri Almaniya Konstitusiyası və Suverenlik Şurasının qeyri-hökumət təşkilatının rəhbəri Ralf Nimayer bildirib.
Onun sözlərinə görə, Şoltsun Moskva üçün qəbuledilməz olan şərtlər irəli sürməsi bu söhbəti mənasız edib.
O, həmçinin vurğulayıb ki, Şoltsun zəngi Qərb tərəfdaşları ilə razılaşdırması onun müstəqil siyasətçi olmadığını göstərir:
"Kanslerin əsas məqsədi seçkilər ərəfəsində fəaliyyətsizlikdə ittihamlardan yayınmaqdır”.
Qeyd edək ki, Şolts və Putin arasında danışıqlar Almaniya tərəfinin təşəbbüsü ilə 15 noyabrda baş tutub.
Xəbər 93 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR