Xankəndi Azərbaycan üçün əlamətdar yerdir. Burada Rusiyanın Baş Konsulluğunun yerləşməsinə icazə vermək Bakı üçün ciddi qərardır.
Aktual.az xəbər verir ki, bunu "Moskva-Bakı”ya müsahibəsində Rusiya Müasir Dövlət İnkişafı İnstitutunun direktoru, politoloq Dmitri Solonnikov deyib.
"Bu, Azərbaycanın Rusiyaya siyasi və təhlükəsizlik tərəfdaşı kimi çox mühüm etimadının nümayişi olar. Bu, Rusiyadan Qarabağ münaqişəsi səhifəsinin çevrildiyi mesajıdır. Bu gün Rusiya Cənubi Qafqazda bütün münasibətlər konsepsiyasını bunun üzərində qurur. Xankəndidə Rusiya Baş Konsulluğunun açılması isə bu xəttin təsdiqidir. Bu, Rusiya sülhməramlılarının regiondan çıxarılması, Baş nazirin müavini Overçukun Azərbaycan və Ermənistan arasında nəqliyyat-iqtisadi kommunikasiyaların açılması ilə bağlı müzakirələrdə iştirakı xəttinin davamıdır. İndi yeni bir inkişaf olacaq. Rusiya yeni inkişafda fəal iştirak edir. Hərbi-siyasi qərar var idi, iqtisadi qərar var idi, indi də diplomatik oldu”, - o bildirib.
Xəbər 447 dəfə oxunub.