ŞOK STATİSTİKA: Ölkədə boşananlar ailə quranlardan çoxdur

ŞOK STATİSTİKA: Ölkədə boşananlar ailə quranlardan çoxdur

2016-cı il oktyabrın 1-i vəziyyətinə görə, qeydiyyat şöbələri tərəfindən 50,4 min nikah və 9,6 min boşanma halları qeydə alınıb.

Aktual.az  xəbər verir ki, bu haqda Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən modern.az-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 7, boşanmaların sayı isə 1,3 olub.
Nikaha daxil olan kişilər əsasən 24-28 yaş, qadınlar isə 18-22 yaş aralığındadır. Ən çox nikah avqust, ən az nikah isə fevral ayında bağlanıb. Ən çox boşanma avqust ayında, ən az boşanma isə aprel ayında qeydə alınıb.

Qeyd edək ki, 2015-ci il ərzində ölkədə 68773 nikah, 12764 boşanma qeydə alınmışdı.

Ekspertlər deyirlər ki, son zamanlar ölkədə nikahlar azalıb, boşanmalar artıb.
 
Aktual.az
Xəbər 343 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR