Bu mənzərəni görəndə qorxdum. Uşaqlar da qorxmuşdular. Ora bir daha ayaq baymayacağıq.
Britaniyanın Kent qraflığındakı Rod-Aylenddə, Uorik şəhərində yaşayan Skotti Denton Facebook-da paylaşdığı videonu bu sözlərlə müşayiət edib.
Aktual.az milli.az-a istinadən xəbər verir ki. Skotti Deytonu qorxudan isə dəniz kənarında, çimərlikdə olan yelləncəkdi.
"Hava küləksizdi və qərara gəldim ki, uşaqları meydançada düşürüm, oynasınlar. Lakin meydançaya yaxınlaşanda gördüm ki, yelləncəklərdən biri yellənir. Bir daha təkrarlayıram - hava tamamilə küləksizdi, çimərlikdə də kimsə yoxdu. Hə, ola bilər ki, kimsə yelləncəyi yelləyib, sonra qaçıb. Amma mən ora baxanda yelləncəyin yellənmə amplitudası azalmaq əvəzinə, daha da artmağa başladı. Sanki, o yelləncəkdə ruh əylənirdi", - Skotti Denton deyib.