Şok ixtisar: 26 min nəfər işsiz qalacaq!

Şok ixtisar: 26 min nəfər işsiz qalacaq!
  • DÜNYA

Amerika Birləşmiş Ştatlarının (ABŞ) "Walmart" iri ticarət şəbəkəsi 269 mağazada fəaliyyətini dayandıracaq.


Aktual.az anspress-ə istinadən xəbər verir ki, buna səbəb Yeni İl ərəfəsində marketlər şəbəkəsinin gözlənilən qədər gəlir əldə etməməsi olub. Şirkətin satışları ötən il noyabr və dekabr ayında 3 faiz artıb. Lakin bu gözlənilən 3.7 faiz gəlirdən az olub.

Şirkətin ixtisarlara getməsi isə, Amerikada 10 min nəfərin işsiz qalmasına səbəb olacaq. Dünya üzrə "Walmart" mağazalarında isə, 16 min insan işini itirəcək.

Bunula belə, şirkətin baş direktoru Duq Makmilyon şirkətin daha çevik biznes əlaqələri quracağını deyib. "Mağazaları bağlamaq asan qərar deyil. Lakin bu, şirkətin gələcəkdə öz gücünü qorumaq üçün vacib addımdır".

Şirkətin onlayn satışdan əldə etdiyi gəlirlər 9 faiz artaraq 105 milyard dollara çatıb. Walmart onlayn satışda Amazonla ciddi rəqabət aparır.

Xəbər 372 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR