Rusiyanın Sibir bölgəsində 1994-2012-ci illərdə 22 qadını öldürdüyü üçün ömürlük azadlıqdan məhrum edilən keçmiş polis məmuru şok etiraf edib.
Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, Mixail Popkov 22 deyil, 81 qadını öldürdüyünü bildirib.
Popkov polis forması ilə yardım təklif etdiyi qurbanlarını qaçıraraq təcavüz edib və daha sonra onları öldürüb. O, özünün işlədiyi cinayətlərin istintaqında belə iştirak edib.
Popkov 2012-ci ildə DNT testləri nəticəsində tutulub. Çinə qaçmağa çalışarkən Vladivostok şəhərində ələ keçirilən Popkovun həbsxanada daha daha yaxşı şəraitə nail olmaq üçün cinayətləri etiraf etdiyi bildirilir.
Aktual.az
Xəbər 685 dəfə oxunub.