Şok əməliyyat: İsrail kəşfiyyatı ermənilərə qarşı - FOTO

Şok əməliyyat: İsrail kəşfiyyatı ermənilərə qarşı   - FOTO
  • DÜNYA

Ermənistan dövlət müstəqilliyi qazanan gündən bəri belə biabırçı duruma düşməmişdi. Başqa ölkənin vətəndaşını "özününküləşdirmək" istəyən Yerevan vətəndaşlarının harada olmasından, hansı çətin vəziyyətə düşməsindən asılı olmayaraq onları tək qoymayan İsrailə meydan oxumaq fikrinə düşmüşdü.

Nəticə ermənilər üçün çox pis olub.

Yerevan unutmuşdu ki, İsraillə münasibətlərdə süni gərginlik yaratmaq və sonra da Təl-Əvivdən müəyyən imtiyazlar əldə etmək üçün başladığı əməliyyat İsrail kəşfiyyatının zərbəsinə tuş gələ bilər.

...İsrail Özünümüdafiə Ordusunun (SAXAL) hərbçisi, əslən Ermənistandan olan Arik Martoyan Yerevanda saxlanmışdı. Ermənistan Müdafiə Nazirliyi onu ordu sıralarına çağırmaq və erməni ordusunda xidmət etdirmək istəyirdi.
Arikin 5 yaşı olanda valideynləri İsrailə köçdüklərindən, beynəlxalq qanunlara və İsrail qanunvericiliyinə görə o, hər hansı başqa dövlətin, o cümlədən Ermənistanın silahlı qüvvələrində xidmət edə bilməzdi, etməməlidir də.
Lakin bunu Ermənistanın hakimiyyət dairələri və dövlət qurumları anlamaq istəmirdilər.
Arik Martoyan iki aydı ki, faktiki olaraq Ermənistanı tərk edə bilmir, girov kimi saxlanırdı.
Sonucda İsrail kəşfiyyatı işə qarışıb və Arik Martoyan Yerevandan çıxarılıb.
Maariv bildirir ki, o, artıq İsraildədir.
A.Martoyanın ikili vətəndaşlığı var. Yəni o həm İsrail, həm də Ermənistan vətəndaşıdır.
Ermənistan Müdafiə Nazirliyindəki "ağıllı" paqonlular da Arikə deyiblər ki, əgər o, Ermənistan vətəndaşlığını itirmək istəmirsə, erməni ordusunda qulluq etməlidir.
SAXAL-da xidmət etdiyi hərbi hissədən 6 həftəlik icazə alaraq Ermənistana yollanan, qohumlarını aramağa çalışan Arik Martoyan bu minvalla ölkədə saxlanmışdı.
Arik Martoyan başına gətirilənləri qanunsuzluq və biabırçılıq adlandırıb.
Dediyinə görə, Ermənistanı 15 il əvvəl, 5 yaşı olanda tərk edib.

"İki ildir ki, İsrail ordusunda xidmət edirəm. Əla da xidmət edirəm. Görünür, bu səbəbdən Ermənistanın Müdafiə Nazirliyi üçün "yağlı tikə" olmuşam və onlar da məni buraxmaq istəməyiblər. İki ay məni saxladılar. İsrailin Yerevandakı konsulluğuna yardım üçün üz tutdum. Lakin rəsmi Yerevan ölkəni tərk etməyimə icazə vermədi", - Arik Martoyan söyləyib.
Arikin dostları və qohumları işi belə görəndə sosial şəbəkələrdə aksiyalara başlayıblar. Məsələ böyüyüb, işə İsrailin Xarici İşlər və Müdafiə nazirlikləri qarışıb.
Bir qədər də keçib, prosesə İsrailin əks-kəşfiyyatı (MOSSAD) və hərbi kəşfiyyatı (Şin-Bet) cəlb olunub.
İsrail kəşfiyyatçıları Yerevana yollanaraq xüsusi əməliyyata başlayıblar.
Əməliyyat barədə heç bir məlumat verilmir. İsrail mediasına sadəcə, bir cümlə sızdırılıb: "Əməliyyat mürəkkəb, dramatik idi".
Maraqlıdır ki, rəsmi Təl-Əviv və Yerevan əməliyyatın keçirilmədiyini deyirlər.
İsrail Knessetinin (ölkə parlamenti) vitse-spikeri Tali Ploskovun dediyinə görə, əməliyyat olmayıb.
Ermənistanın Müdafiə Nazirliyi isə "humanitar məqamların nəzərə alınaraq Arik Martoyanın İsrailə buraxıldığını" vurğulayıb.
Göründüyü kimi, rəsmi Yerevan mövqeyini dəyişməyib və 15 il əvvəl Ermənistan vətəndaşlığından imtina etmiş Ariki hələ də "Ermənistan vətəndaşı" saymağa davam edir.

Bununla bahəm, Ermənistan Miqrasiya Xidmətinin məmuru "Arik Martoyanın sənədlərini yanlış anladığı üçün" vəzifəsindən qovulub.
İsrail Hərbi-Hava Qüvvələrinin Sde-Dov şəhərindəki aviabazasında xidmət edən Arik Martoyan da Yerevanda xilas edilməsi ilə bağlı əməliyyat barədə danışmaq istəmir.

Xəbər 624 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR