Məşhur maliyyəçi Martin Şkreliyə məxsus `Turing Pharmaceuticals` şirkəti ötən ay `Daraprim` adlı dərman preparatını alandan sonra onun qiymətini 5555% bahalaşdırıb.
Malyariya, toksaplazmoz və digər bu kimi qorxulu xəstəliklərin müalicəsində işlədilən Daraprim həbinin bir dənəsi bu ilin avqustunda 13.5 dollara idi. `Turing Pharmaceuticals` onu alandan sonra həbin bir ədədi 750 dollara qalxıb!
Qeyd edək ki, standart müalicə kursu üçün təxminən 100 ədəd həb tələb olunur.
Həkimlərin və pasiyentlərin ciddi etirazına səbəb olan bu addımı Martin Şkreli belə izah edib ki, “firmanın gəlirlə işləməsini istəyir”.
Etirazların bir səbəbi də bundadır ki, `Daraprim` yaradılmasına böyük xərclər çəkilmiş yeni preparat deyil, o, artıq 62 ildir ki, tibbdə işlədilir.\azvision.az