Şok açıqlama: Avropada 400 "canlı bomba" var

Şok açıqlama:   Avropada 400

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının Avropa Birliyi ölkələrində 400-dən artıq potensial "canlı bomba"sı var. Onlar istənilən an qanlı terror aktları törətməyə hazırdırlar.

Milli.Az ABC-yə istinadən bildirir ki, bu terrorçular İŞİD-in Suriya və İraqdakı xüsusi düşərgələrində təlim keçiblər. Onları Qərb ölkələrində terror aktları törətməyə hazırlayıblar.

Ekspertlərin dediklərinə görə, terrorçular Paris və Brüsseldəki terror aktlarından da məşum, qanlı və genişmiqyaslı aksiyalar hazırlayırlar.

Parisdə ötən ilin noyabrında törədilmiş teraktda şübhəli  bilinən şəxslərdən biri demişdi ki, İraq və Suriyadan Avropaya teraktlar törətmək məqsədilə 90 nəfər keçib.

Belçikanın paytaxtı Brüsselin Molenbek səmtində tutulmuş terrorçu Saleh Əbdüsəlam da polisə verdiyi ifadəsində "bizim şəbəkəmiz var, onlar teraktlar hazırlayırlar" demişdi.

Az sonra isə Brüsseldə 3 terror aktı törədildi, 32 nəfər həlak oldu, 270 nəfər yaralandı. 3 "canlı bomba" da həlak oldu.

Hazırda Fransa və Belçikanın polisi teraktlarda şübhəli bilinən bir şəxsi arayır.

Xəbər 401 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR