SOCAR yenilənmiş ilk yanacaqdoldurma kompleksini açıb Odessada

SOCAR yenilənmiş ilk yanacaqdoldurma kompleksini açıb  Odessada

SOCAR Azərbaycanda və onun hüdudlarından kənarda bütün müəssisələrinin rebrendinqini davam etdirərək, Ukraynada yeni loqotipli yanacaqdoldurma kompleksləri işə salır. 

Aktual.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı nümayəndəliyinin mətbuat xidmətindən məlumat veriblər.

Loqotipin yenilənmiş variantında Azərbaycan mədəniyyətində mühüm yer tutan alov rəmzi, Azərbaycanın Dövlət bayrağının rəngləri əks olunub. Bu loqo ölkəmizi beynəlxalq miqyasda təqdim edir.

SOCAR Ukraynada yeni loqotipli ilk yanacaqdoldurma kompleksini Odessada açıb. Bu, SOCAR-ın Odessa regionunda 14-cü, Ukraynada isə 51-ci yanacaqdoldurma kompleksidir. Sahəsi 1074 kvadratmetr olan yanacaqdoldurma kompleksində səkkiz yanacaq paylayan kolonka quraşdırılıb. Burada eyni vaxtda 16 avtomobil yanacaqla doldurulur.

Bu yanacaqdoldurma kompleksində qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb. Kompleksdə “Buta” kafesi və mağaza fəaliyyət göstərir.

Ukraynada SOCAR şəbəkəsinə 27 yaşayış məntəqəsində 51 yanacaqdoldurma kompleksi daxildir. Şirkətin aktivləri Ukraynanın Kiyev, Odessa, Lvov, Nikolay, Rovno, Çerkassı, Xarkov, Xmelnitski, Poltava vilayətlərində yerləşir. Şirkət Polşa, Litva və Belarusun aparıcı neft emalı zavodlarının “Euro-4” və “Euro-5” eko-standartlarına uyğun məhsullarını idxal edir.

Aktual.az

Xəbər 501 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR