SOCAR Türkiyəyə 7,5 milyard dollar sərmayə yatırıb

SOCAR Türkiyəyə 7,5 milyard dollar sərmayə yatırıb

SOCAR Türkiyədəki layihələrinə 7,5 milyard dollar sərmayə yatırıb.

Aktual.az  AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "SOCAR Turkey Enerji A.Ş."nin baş direktoruZaur Qəhrəmanov "Bloomberg News"a müsahibəsində məlumat verib. O, SOCAR-ın Türkiyəyə investisiyalarının risklərə baxmayaraq davam etdiyini söyləyib.

"İyun ayının sonuna SOCAR Türkiyədəki layihələrinə 7,5 milyard dollar sərmayə qoyuluşu həyata keçirib. Türkiyədə neft-kimya məhsullarına tələbat artıb. Ölkədə nafta əsaslı məhsullar isə təbii qaza nisbətən daha üstünlük təşkil edir", - deyə Z.Qəhrəmanov əlavə edib.

Qeyd edək ki, SOCAR 2012-ci il mayın 30-dan etibarən Türkiyədəki fəaliyyətini "SOCAR Turkey Enerji A.Ş." (STEAŞ) adı ilə davam etdirir. STEAŞ-ın səhmdarları belədir: SOCAR - 87 faiz, "Goldman Sachs" - 13 faiz.

Xəbər 470 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR