Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və "ExxonMobil Corporation"in icraçı direktoru (CEO) Reks Tillerson (Rex Tillerson) arasında görüş keçirilib.
Aktual.az "Report" a istinadən xəbər verir ki, görüş dünən işə başlayan Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində baş tutub.
Görüş zamanı enerji sahəsində əməkdaşlıq, həmçinin "Azəri-Çıraq Günəşli" (AÇG) layihəsi ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, AÇG layihəsində "ExxonMobil" 8% paya malikdir.
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu iyunun 18-dək davam edəcək.