"Socar Turkey Energy" mart ayında "Petkim Petrokimya Holding A.Ş"-dəki ("Petkim") payının bir qismini satışa çıxarmağı planlaşdırır.
Aktual.az APA-ya istinadən bildirir ki, səhmlər bu ay satışa çıxarılacaq. Bu barədə artıq müvafiq qurumlar məlumatlandırılıb.
Hazırda "Socar Turkey Energy" "Petkim"in 57,5%-nə nəzarət edir.