İran üzərindən sanksiyaların götürülməsindən sonra SOCAR qonşu ölkəyə neft məhsullarının ixracını nəzərdən keçirir.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, "Reuters" agentliyi SOCAR-dakı mənbəyinə istinadən yazır.
Dövlət şirkətinin rəsmisi bildirib ki, bu məsələ SOCAR-ın nümayəndə heyətinin İrana rəsmi səfəri çərçivəsində müzakirə olunub.
"Biz İrana neft məhsullarının ixracında maraqlıyıq. Bununla yanaşı, svop əməliyyatları da bizim marağımızdadır", - SOCAR rəsmisi bildirib.