SOCAR-ın yeni binasının açılışı oldu - İlham Əliyev də tədbirdə

SOCAR-ın yeni binasının açılışı oldu   - İlham Əliyev də tədbirdə

Mayın 30-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) yeni inzibati binasının açılışı olub.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

Prezident binanın rəmzi açılışını bildirən lenti kəsib.

SOCAR prezidenti Rövnəq Abdullayev dövlət başçısına binada yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, hündürlüyü 200 metr olan bina 40 mərtəbəlidir.

Binanın təməli 2010-cu il oktyabrın 12-də Azərbaycan prezidentinin iştirakı ilə qoyulub.

Burada işçilərin fəaliyyəti üçün hər cür şərait yaradılıb, bina ən müasir avadanlıqla təchiz edilib.

Xəbər 687 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR