SOCAR-ın 2016-cı il üçün gəlirlər və xərclər smetasında neftin planlaşdırlmış qiyməti 1 barelə görə 50 dollar təşkil edir.
Aktual.az Trend-ə istinadən xəbər verir ki,bunu jurnalistlərə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov deyib.
Onun sözlərinə görə, son günlər neftin qiymətləri 1 barelə görə 46 dollar hüdudlarında qalır: "Qiymətə həm iqtisadi, həm də siyasi amillər təsir edir. Azərbaycanın dünya bazarlarında tələbat və təklif balansına təsiri isə böyük deyil".