SOCAR Əmlak Məsələləri üzrə Dövlət Komitəsini və Suraxanı rayon İcra Hakimiyyətini məhkəməyə verib.
Aktual.az-ın APA-ya istinadən məlumatına görə, dövlət şirkəti Gülşən Abbasova adlı şəxsin adına verilən sərəncamların, torpaq sahəsinin plan ölçüsünün və sərəncamdan çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələbi ilə 2 saylı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin etməyib.
Şirkət qərardan apellyasiya şikayəti verib. Lakin Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Bundan sonra SOCAR Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət edib. Hazırda məhkəmədə şikayətə baxılır.
Aktual.az