SOCAR bu bankın səhmlərinin 51%-ni almaq istəyir

SOCAR bu bankın səhmlərinin 51%-ni almaq istəyir

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Azər-Türk Bank ASC-nin əsas səhmdarı olmaq niyyətindədir.
Aktual.az SOCAR-a istinadən xəbər verir ki, bu məsələ şirkətin Müşahidə Şurasının növbəti iclasında müzakirə edilib.
Görüşdə "Azər-Türk Bank”ın səhmlərinin 51%-nin əldə edilməsi və bununla bağlı növbəti addımlara dair təqdimat edilib, həmçinin gündəlikdə duran digər məsələlər nəzərdən keçirilib.
Xatırladaq ki, Azər-Türk Bank ASC 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i Türkiyənin "Zıraat Bank"ına, 1,08%-i "Zıraat Bank İnternational"a, 6,55%-i AzRe Təkrarsığorta ASC-yə, 5%-i isə Qala Həyat Sığorta ASC-yə məxsusdur.
Xəbər 522 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR