SOCAR ilin sonunadək daha 3 avtomobil qazdoldurma (CNG) məntəqəsi açacaq.
Aktual.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov Bakıda sənayenin inkişafına dövlət dəstəyi ilə bağlı tədbirdə deyib.
Onun sözlərinə görə, hazırda Bakıda iki belə məntəqə fəaliyyət göstərir. Yeni məntəqələr də paytaxtda açılacaq.