"SOCAR Türkiyə hökuməti ilə Azərbaycandan ixrac olunan qazın tariflərini müzakirə etməyib”.
Aktual.az APA-ya istinadən xəbər verir ki, bunu "SOCAR Türkiye A.Ş.”-nin baş icraçı direktoru Zaur Qəhrəmanov Türkiyə mətbuatına deyib.
Bununla yanaşı, şirkət rəhbəri bu mövzuda görüşmənin olacağını istisna etməyib:
"Biz bu cür görüşlərə hazırıq. Belə ki, rəsmi Ankara da bizə açıqdır. Türkiyə hökuməti bu məsələdə çox maraqlıdır. Biz İqtisadiyyat, Energetika, Maliyyə və Ətraf Mühit nazirlikləri ilə tez-tez görüşürük”.
Aktual.az Xəbər 360 dəfə oxunub.