"Petrol Ofisi AŞ"nin Türkiyənin İzmir şəhərində yerləşən Aliağa terminalının SOCAR-ın strukturuna daxil olan beynəlxalq investisiya qrupuna satılacağı ilə bağlı razılıq əldə olunub.
Aktual.az APA-ya istinadən bildirir ki, bu barədə "Petrol Ofisi AŞ"nin səhmdarı olan Avstriyanın "OMV Group" şirkətinin yaydığı açıqlamada deyilir.
Bildirilir ki, razılaşma bu ilin sonunadək rəsmiləşəcək.