SOCAR ödəniş müddəti 2017-ci il olmaqla, 500 milyon dollar məbləğində avrobondların alınmasını elan edib.
Aktual.az Trend-ə istinadən bildirir ki, gəlirliliyi 5,45 faiz olan istiqrazların bütün sahibləri yanvarın 26-dək nağd olmaq şərtilə alış üzrə təkliflərini təqdim etməlidirlər.
Alış zamanı gəlir nominala nisbətdə 2 faiz olacaq.
Sövdələşmənin meneceri "Deutsche Bank" seçilib.