ABŞ dövlət orqanlarına işə götürülən şəxsləri yoxlamadan keçirən “US Investigations Services” şirkəti hakimiyyətin məhkəmə iddialarını təmin etmək üçün 30 milyon dollar cərimə ödəyəcək.
Aktual.az xəbər verir ki, bu haqda ABŞ Ədliyyə nazirliyi məlumat yayıb. Firma işə götürdüyü şəxslərin şəxsi məlumatlarını lazımi səviyyədə yoxlamamaqda ittiham olunurdu. İlk növbədə ABŞ-ın məxfi sirlərini ifşa etmiş və sonradan Rusiyaya qaçmış Edvard Snouden nümunə göstərilir.
ABŞ Milli Təhlükəsizlik Agentliyi və MKİ-nin əməkdaşı Edvard Snouden 2013-cü ildə “Washington Post”, “Guardian” qəzetlərinə məxfi məlumatları ötürdükdən sonra dünyada tanınmışdı.
Sabiq MKİ agenti hal-hazırda Rusiyada sığınacaq alıb. (avropa.info)
Xəbər 466 dəfə oxunub.