Smart dayanacaqlarda işləməyən kondisionerlər...

Smart dayanacaqlarda işləməyən kondisionerlər...

Bakının bir çox ərazisində yayda istidən, qışda soyuqdan qorunmaq, eyni zamanda digər komfort yaradan xidmətlərin olduğu smart dayanacaqlarda kondisionerlər yerləşdirilsə də, hazırda çalışmır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Aktual.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yaxın günlərdə bu problem aradan qalxacaq.
"Smart tipli avtobus dayanacaq pavilyonu yeni qoyulub və texniki quraşdırma işləri tam yekunlaşmayıb. İşlər yaxın günlərdə tam yekunlaşdıqdan sonra pavilyondan sərnişinlər rahat şəkildə istifadə edə biləcəklər”, - deyə qeyd edilib.
Xəbər 133 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR