`T9000` adlanan yeni virus `Skype` istifadəçilərinin danışıqları və şəxsi məlumatlarını yazır.
Aktual.az AzVision.az istinadən xəbər verir ki, bu barədə `Daily Mail`-də məlumat verilib.
İlk dəfə virus haqqında məlumatı `Palo Alto Networks` şirkətinin ekspertləri yayıblar. Bu zərərli proqramı hətta `Kaspersky`, `Norton`, `AVG` və digər məşhur antiviruslar da aşkarlaya bilmir.
“Bu virusun ilkin funksiyası istifadəçi haqqında məlumat yığmaqdır”, - deyə `Palo Alto` eksperti bildirib.
Kompüterlər Rich Text Format (RTF) formatında faylların işə salınması ilə bu virusa yoluxur. Bundan sonra troyan çoxpilləli quraşdırma prosesini işə salır ki, bu da hər addımda anti-virus proqram təminatının olub - olmamasını yoxlayır.
Tam yoxlamadan sonra virus yoluxmuş sistemdən məlumatları toplayıb və hakerin serverinə göndərir.
`Skype` rəsmisi bildirib ki, yeni virus haqqında məlumat və onun potensial təhlükələri araşdırılır.