Sökülən obyektlərə görə kompensasiya verildi - Nardaranda

Sökülən obyektlərə görə kompensasiya verildi   - Nardaranda

Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsinin Abşeron küçəsində yolun genişləndirilməsi ilə əlaqədar yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsinə görə 11 nəfərə kompenasiya verilib.


Aktual.az Report-a istinadən xəbər verir ki, bu barədə "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Nəcəfli bildirib.

O bildirib ki, sökülən 51 obyektin də sənədləri hazırlanır, yaxın vaxtlarda onlara kompensasiya ödəniləcək: "Növbəti mərhələdə isə torpaq sahələrinə görə kompensasiyalar ödəniləcək."

Qeyd edək ki, Abşeron keçəsində siyahıya alınmada yolun tikintisi altına düşən 96 təsərrüfat qeyd alınıb. Hazırda qeydə alınan 96 təsərrüfatdan obyektindən 21-i yaşayış evidir. 1 kv.m üçün 100-400 manat aralığında kompensasiya nəzərdə tutulub. Yaşayış evləri üçün 1 kv.m üçün 400 manat ödənilir.

Xəbər 476 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR